Azərbaycanda dabaq xəstəliyi XƏBƏRDARLIĞI

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə əhaliyə xəbərdarlıq edilib.

 

Medpress.azaQida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Rusiyanın Primorski vilayətinin Mixaylovski rayonunda dabaq xəstəliyi qeydə alıb: “Buna görə həmin vilayətdən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

 

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA Rusiyanın Primorski vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib”.

 

(Visited 77 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir