Portağal qabığı ilə xərçəngi müalicə etmək mümkündür

İnsanların əksəriyyəti portağaldan istifadə zamanı qabığını soyub tullayır. Amma onu şəxsi sağlamlığınız üçün saxlamağın bir neçə səbəbi mövcuddur.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, portağal qabığında nobiletin adlanan metoksiflavon növü var. Bu, ürək ağrısının inkişafı, iltihab riskini azaldır və orqanizmdəki “pis” xolesterin göstəricisini aşağı salır.

 

Portağal qabığı ağız boşluğunun gigiyenası üçün çox faydalıdır. Bunun üçün vaxtaşırı onu çeynəmək lazımdır. Üstəlik, bu, yalnız mikrobları öldürmür, həm də  nəfəzi təzələyir. Portağal qabığı eyni zamanda dişlərdəki sarı ləkələri təmizləyir.

 

Portağal qabığı ilə xərçəngi müalicə etməyin mümkünlüyünə inanmaq çətindir. Ancaq belə bir iddia var ki, portağal qabığından fəal istifadə etsək, şiş riskini azalda bilərik. Portağal qabığı bağırsaq şişlərinə  qarşı xüsusilə effektivdir. Axı o, yeməyə daxil olan zəhərli kimyəvi maddəni birləşdirir, bununla da onların bağırsağın selikli qişasına təsirini azaldır.

 

Portağal qabığının köməyi ilə çəkini də azaltmaq olar. Onun spesifik acımtıl dadı və aşağı kaloriliyi, eləcə də çoxlu sayda lifləri qaməti gözəl saxlamağa kömək edir. Portağal qabığının təsiri piylənmənin profilaktikası işində elmi cəhətdən sübuta yetirilib.

 

Nəhayət, portağal qabığı ağ ciyəri müxtəlif növ tıxanmalardan təmizləyərək bu orqanın funksiyasını yaxşılaşdırır. Məsələ ondadır ki, portağalın qabığındakı gistaminlər, antioksidantlar və digər komponentlər soyuqdəymə, qrip, bronxit, hətta ağciyər xərçəngindən xilas olmağa yardım edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir