Qadınlar kişilərlə müqayisədə pişiklərlə daha sıx emosional əlaqə yarada bilirlər.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Loranda Etveş Universitetinin alimləri öz işlərinin bununla bağlı nəticəsini “Applied Animal Behaviour Science” jurnalında çap etdiriblər.
Macarıstanlı alimlər araşdırma zamanı 157 kişi və qadın pişik sahibini müşahidə ediblər. Nəticədə müəyyən olunub ki, qadınlar kişilərlə müqayisədə ev heyvanları ilə daha çox qarşılıqlı fəaliyyət göstərirlər.
Onlar pişiklərlə tez-tez danışırlar, onlara hansı yeməyin vacib olduğunu, nəyi yeməməlidirlər, hansı oyuncağın xoşlarına gəldiyini bilirlər.
Bundan əlavə, qadınlar tez-tez öz heyvanlarına gülümsəyir və onların emosiyalarını başa düşürlər. Maraqlıdır ki, ən möhkəm qarşılıqlı davranışın qadınlarla yaşlı pişiklər arasında, ən pisinin isə kişilərlə cavan heyvanlar arasında olduğu müəyyənləşdirilib.