Orqan donorluğu və transplantasiyası haqqında yeni qanun hazırlanır – AZƏRBAYCANDA

Azərbaycanda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi hazırlanır.

 

Medpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin yanvarın 18-də keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

 

Onun qeyd etdiyinə görə, indiki qanunda çatışmazlıqlar mövcuddur: “Bu qanun günün tələblərinə cavab vermir. Bu gün donorluq və transplantalogiya inkişaf edib. Əvvəllər qəbul edilən qanunların müddəaları günün tələblərinə uyğun gəlmir. Xüsusilə də meyitdən orqan və toxuma götürülməsi orada əksini tapmayıb. Bu da donorluq və transplantalogiyanın əsasını təşkil edir”.

 

(Visited 33 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir