Məşhur idmançı beynini bağışladı

İdmanı buraxan WWE güləşçisi Mark Henri, beynini öləndə elmi tədqiqatlarda istifadə olunması üçün bağışladığını söyləyib.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bir vaxt “Dünyanın ən güclü adamı” tituluna sahib olan Henri açıqlamasında beyninin xroniki travmatik ensefalopati olaraq tanınan xəstəliyin öyrənilməsi üçün istifadə edilməsini istəyib.

 

Alimlər beynin ölümdən dərhal sonra tədqiq edilməsini ən səmərəli yol hesab edir.

 

Mövzu ilə bağlı danışan Concussion Legacy Foundaitonın qurucu ortağı Kris Novinski deyib: “Ölümdən dərhal sonra aparılan təhlil etməklə sellülyar səviyyədə nələr olduğunu bilmək mümkün ola bilər”.

 

İnsanların orqanlarını tibbi və tədqiqat məqsədli bağışlamasının əhəmiyyətinə diqqətçəkən güləşçi Mark Henri isə deyib: “Beynimi, beyin bankına bağışladım və araşdırmadan yaxşı nəticə çıxmasına ümid edirəm”.

 

Xroniki travmatik ensefalopati bir beyin toxuması xəstəliyi kimi tanınır və davamlı beyin travmasına məruz qalan Amerika futbolu, buz üzərində xokkey, professional güləş kimi idmanla məşğul olan insanlarda rast gəlinir.

 

Mark Henri 2018-ci il yanvarın 12-də 22 illik karyerasını bitirdiyini açıqlayıb.

 

1.93 metr boyu olan amerikalı güləşçi Mark Henri 160 kiloqram ağırlığındadır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir