Usta bir aşpaz kimi makaron bişirməyin əsas nöqtəsi makaron suyunu istifadə etməkdən keçir. Dadlı makaronlar üçün onu bişirdikdən sonra makaron suyunu əlüzyuyana tökmək əvəzinə təklif etdiyimiz üsulu tətbiq edin.
Medpress.az xarici mediaya istinadən makaron suyunu tökməmək üçün faydalı bir səbəbi sizlərə təqdim edir.
Makaronun mükəmməl bişdiyində nə edərsiniz? Cavabınız suyunu tökmək üçün süzgəcdən keçirmək isə hazırda usta italyalı şef aşbazlar tərəfindən qınanacsınız. O bulanıq, nişastalı suyu əlüzyuyana tökərək qızıl bir fürsəti qaçırdığınızı bilirdinizmi?
Makaronların ləzzətini bir üst səviyyəyə qaldırmaq üçün makaron suyunu qətiyyən əlüzyuyana tökməyin. Bildiyiniz kimi, makaron nişastalı bir qidadır. Bişiriləndə o nişastanın bir hissəsi suya sızır. Makaron suyunun bulanıq və çirkli görünməsinin səbəbi budur. Bu nişastalı, duzlu makaron suyunu makaron sousunun mükəmməl dada çatması üçün istifadə edə bilərsiniz.
Makarondakı su, sousunuzdakı yağdan ayrılanda qabınızın kənarlarında qırmızı, sulu yığıntılar meydana gəlir. Bu elə də iştahaçıcı bir görüntü deyil. İndi makaronu pörtləmək üçün istifadə etdiyiniz makaron suyu bu ikisinin ayrılmasını əngəlləyəcək bu görüntüyə mane olur. Həmçinin sousunuzun konsistensiyanı zənginləşdirərək daha əvvəl cəhd etmədiyiniz ləzzətdə bir dad yaradır.
Bəs, makaron suyunu axıtmadan pörtmüş makaronu necə çıkarırsınız? Süzgəclər altına bir qab yerləşdirərək makaron suyunu buraya tökün.
Makaronları qaynadarkən az su istifadə edin. Makaronun gözəl pörtlənməsi üçün tonlarla suya ehtiyacınız olduğunu sana bilərsiniz, amma bütün bu su lazımsızdır və makarondakı nişastanı azaltmaqdan başqa bir işə yaramaz. Makarona həddindən artıq su əlavə etməyin və yapışmasının qarşısını almaq üçün bişirəndə tez-tez qarışdırın. Əgər makaronun eyni anda sousu da bişirirsinizsə, makaron qazanından bir neçə xörək qaşığı makaron suyunu birbaşa sousa əlavə edərdiniz.
Artıq qalan makaron suyunu qətiyyən. Soyumağa qoyun və soyuducuya yerləşdirin. Daha sonra makaron suyunu şorbalara, souslara, tomatlara və zəngin konsistensiya gəlməsini istədiyiniz hər cür yeməyə əlavə edərsiniz.