“Koronavirus xəstələrinin müalicəsində əlavə pul tələb edən şəxslərin adını bizə deyin” – TƏBİB müraciət yaydı

“Son bir il ərzində COVİD-19 pandemiyası bütün dünyanı çətin sınaq qarşısında qoyub. Bu bəşəri bəla ilə mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahda iştirak edən bütün dövlət qurumları infeksiyanın qarşısının alınması istiqamətində mütəmadi və təxirəsalınmaz tədbirlər həyata keçirir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də 27 fevral 2020-ci ildən bu günə kimi Qərargahda təmsil olunan çoxsaylı dövlət qurumları ilə birlikdə öz fəaliyyətini davam etdirir”.

 

Medpress.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.

 

“Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər”, -mılumatda deyilir.

 

TƏBİB media nümayəndələrindən və vətəndaşlardan koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyi xahiş edir.

 

Bildirilir ki, müraciət edən şəxslərin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

 

Qeyd edilən hallarla bağlı [email protected] ünvanına müraciət etməklə, yaxud +99451513 15 42 telefonuna zəng etməklə məlumat vermək olar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir