Koronavirus daha 45 can aldı: 3962 yoluxma, 4188 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4188 nəfər müalicə olunaraq sağalıb, 3962 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinad edərək xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 131 min 252 nəfər müalicə olunaraq sağalıb, 2133 nəfər vəfat edib. Aktiv xəstə sayı 62037 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 31 min 308 test aparılıb. Bugünkü test sayı isə 15305-dır.

 

(Visited 17 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir