Koronavirusa qarşı immuniteti gücləndirmək üçün necə qidalanmalı? – GÜNDƏLİK MENÜ

Koronavirusdan qoruнma və xəstələndikdən sonra sağalmaq üçün məlum olan heç bir möcüzəli qida yoxdur. Bununla belə, aparılan araşdırmalar güclü immun sistemi olan şəxslərdə xəstəlik riskinin az olduğunu göstərdi. Xəstəlik zamanı düzgün qidalanmaq və maye qəbulu vacibdir. Düzgün qidalanan insanlar daha güclü immunitetə sahib olurlar, onların xroniki və yoluxucu xəstəliklərə tutulmaq riski daha az olur.

 

Buna görə bədəninizin ehtiyac duyduğu vitaminləri, mineralları, pəhriz lifi, zülal və antioksidantları almaq üçün hər gün müxtəlif təzə və emala məruz qalmamış qidalar qəbul etməlisiniz. Artıq çəki, piylənmə, ürək xəstəliyi, insult, şəkərli diabet və bəzi xərçəng risklərini əhəmiyyətli dərəcədə azaltmaq üçün şəkər, yağ və duzdan çəkinin. Sağlam olmayan və balanssız qidalanma, qeyri-normal yuxu, infeksiya riskinin artmasına və xəstəlik zamanı insanların sağalmasının gecikməsinə səbəb olur.

 

Medpress.az türkiyəli dietoloq Ecem Tuğba Özkana istinadla immun sistemimizi gücləndirəcək bəzi qızıl təklifləri təqdim edir:

 

Yeməklərinizdəki müxtəlifliyə diqqət yetirin: A, C, D, E, B 2, B 6, B 12 vitaminləri, folik turşusu və dəmir, sink və mis kimi mikroelementlər qəbul edilməməsi immunitet sistemini təhlükə altına qoyur və insanları infeksiyalara həssas edir. Süfrədə yemək müxtəlifliyi təmin edilməlidir.

 

Yeməklərin təmizliyinə diqqət yetirin və yaxşı bişmiş olduğundan əmin olun: Koronavirusun qida ilə yoluxduğuna dair bir dəlil olmasa da, qida hazırlanması proseslərində, xüsusən də ət məhsullarında ən yüksək səviyyədə təmizlik təmin edilməlidir. Bütün bişmiş qidalar yaxşı bişmiş şəkildə istehlak edilməlidir. Yumurta və süd məhsulları istehlak edin. Yumurta və pendir uzun müddət davam edə bilən və uyğun şəraitdə saxlandıqda keyfiyyətli protein ehtiva edən qidalardır. Bədənin xəstəliklərlə mübarizə aparması üçün hər gün kifayət qədər zülal almaq lazımdır. Bundan əlavə, probiotiklə gücləndirilmiş qatıq və süzmə kimi məhsullar da immuniteti dəstəklədiyi üçün hər gün istehlak edilməlidir.

 

Kompleks karbohidratlar olan qidaları seçin: Yaxşı glisemik nəzarət infeksiya riskini və şiddətini azaltmağa kömək edir. Bu müddətdə kompleks karbohidrat istehlakı qan şəkərindəki dalğalanmaların qarşısını alır, yaxşı glisemik nəzarət də sətəlcəm ehtimalını azaldır. Sadə karbohidrat olan ağ undan hazırlanan çörək əvəzinə kompleks karbohidratlar olan kəpəkli undan hazırlanan məhsullara üstünlük verilməlidir. Məsələn, normal çörək əvəzinə kəpəkli çörək, düyü plovu əvəzinə bulğur plovu, qarğıdalı çörəyi əvəzinə yulaf çörəyinə üstünlük verilə bilər.

 

C vitamini vacibdir: Sitrus meyvələri və yaşıl yarpaqlı tərəvəzlər immunitet sistemini dəstəkləyən C vitamini ilə zəngin olduğundan, bu meyvələrin istehlakına diqqət yetirməli, salatlara təzə limon sıxılmalıdır.

 

Balıq yeyin: Balıqlarda qırmızı ət və quşlarla müqayisədə daha çox yağ ola bilsə də, eyni miqdarda digər ətlərdən daha az enerjiyə malikdir. Bu səbəbdən də istehlakı artırılmalıdır. Həftədə ən azı 2 gün mövsümə uyğun yağlı balıq yemək faydalı olacaqdır.

 

Zərərli yağlı qidalardan çəkinin: Yeməklərdəki doymuş yağlar (yağlı ət, kərə yağı, hindistan cevizi yağı, krem, pendir kimi) əvəzinə ürək-damar sağlamlığı üçün qoruyucu olan doymamış yağlar (məsələn, balıq, avokado, qoz-fındıq, zeytun yağı, soya, kolza, günəbaxan və qarğıdalı yağı) faydalıdır.

 

Təzə qidalar istehlak edin: Tərəvəz və meyvələr vacib vitaminlərin itirilməsinə səbəb ola biləcəyi üçün çox bişməməlidir, konservləşdirilmiş və ya qurudulmuş tərəvəz və meyvələrdən istifadə edərkən duz və şəkərsiz növlər seçin. Duzdan çəkinin. Gündəlik duz istehlakı 5 qramdan az olmalıdır (təxminən 1 çay qaşığı).  Hipertenziyaya və ya böyrək xəstəliklərinə mənfi təsir göstərə biləcəyi üçün yodlaşdırılmış duzdan istifadə edin.

 

Evdə yemək yeməyi seçin: Başqa insanlara təması azaltmaq və koronavirusa məruz qalmağınızı azaltmaq üçün evdə yeyin. Restoran və kafelər kimi sıx sosial mühitlərdə gigiyena həmişə mümkün deyil.

Yoluxmuş insanlardan gələn damcılar yeməyi çirkləndirə bilər.

 

Bol su için: Gündə 2-2,5 litr su içmək tövsiyə olunur. Bol su içmək bədənimizdən artıq zərərli maddələrin çıxarılması və mineral tarazlığı saxlamaq, qan təzyiqi balansı üçün faydalıdır.

 

Sarıkök və qara bibər: Böyüklər üçün gündə 1 çay qaşığı sarıkökün və qara bibərin istehlak edilməsi, antioksidant təsirlərinə görə faydalıdır. Sarıkök və qara bibər birlikdə istifadə edildikdə daha çox antioksidant təsir göstərir.

 

İmmun sistemimizi möhkəmləndirmək üçün nümunə qidalanma proqramı

 

Səhər yeməyi:

İtburnu və ya ekineziya çayı

Qaynadılmış yumurta

Ağ pendir

Zeytun və ya qoz ləpələri

Avokado

Bol göyərti, qırmızı və ya yaşıl bibər

 

Günorta yeməyi:

 

90 qr ət (balıq -həftədə 2 gün, ağ ət -3 gün, qırmızı ət -2 gün)

 

İkindi öyünü (nahar və şam arası)

 

3-4 xörək qaşığı yulaf, 1 stəkan süd

1 meyvə (kivi, sitrus meyvələri, nar)

1 ovuc balqabaq toxumu

 

Şam yeməyi

 

Balqabaq şorbası / mərci şorbası

Çəkilmiş ətli tərəvəz yeməyi (həftənin 2 günü çəkilmiş ətli paxlalı bitkilər)

4 xörək qaşığı qatıq (mümkünsə probiotik əlavəsi)

 

(Visited 202 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir