Koronavirus daha 43 can aldı: 1505 yoluxma, 3028 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 3028 nəfər müalicə olunaraq sağalıb, 1505 yeni yoluxma faktı qeydə alınıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 203 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 142 min 807 nəfər müalicə olunaraq sağalıb, 2253 nəfər vəfat edib. Aktiv xəstə sayı 58533 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 73 min 137 test aparılıb. Bugünkü test sayı isə 9383-dür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir