Koronavirus daha 43 can aldı: 3086 yoluxma, 1781 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3086 yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb.

 

Medpress.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

 

Hazırki dövrədək ölkəmizdə 149 min 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 90 min 278 nəfər müalicə olunaraq sağalıb, 1675 nəfər vəfat edib. Aktiv xəstə sayı 57812 nəfərdir.

 

Ötən müddət ərzində 1 milyon 847 min 191 test aparılıb. Bugünkü test sayı isə 10190-dır.

 

(Visited 13 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir