Koronavirus daha 28 can aldı: 334 yoluxma, 1891 sağalma

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 334 yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata istinad edən Medpress.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 220 min 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 196 min 734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib. Hazırda 21 min 104 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3768, bu günə qədər isə ümumilikdə, 2 milyon 214 min 194 test aparılıb.

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir