Kişi qulağının bir hissəsini cərrahlara kəsdirdi — MARAQLI

Bədənin modifikasiyası və plastik əməliyyat üzrə mütəxəssislər öz müştərilərindən çox qəribə xahişlər eşidiblər, ancaq bu xahiş onların çoxunu təəccübləndirib: kişi Avstraliyadan İsveçə gəlib ki, bədənin modifikasiyası üzrə mütəxəssis onun qulaq boşluğunun daxili hissəsini kəsib çıxartsın.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Stokholmdakı Calm Body Modification studiyasının təmsilçiləri bu qeyri-adi əməliyyatın nəticəsini əks etdirən şəkili sosial şəbəkəyə yerləşdiriblər. Adı açıqlanmayan xəstənin qulağında əməliyyatdan sonra böyük deşik qalıb.

 

Onun qulaqları şəkildə kifayət qədər qeyri-adi görünür. Studiyanın səhifəsinin abunəçiləri fotoya tamamilə birmənalı reaksiya verməyiblər. Əksəriyyətin reaksiyası mənfi, yaxud minimum istehzalı olub. Lakin bir neçə nəfər qulağın maraqlı göründüyünü yazıb.

 

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *