Həkimlər keyfiyyətsiz müalicəyə görə cəzalandırılacaq

Rusiya baş nazirinin müavini Tatyana Qolikova federasiya subyektləri qanunverici hakimiyyət orqanlarının rəhbərləri üçün seminarda deyib ki, ölkədə standartların və keyfiyyətli tibbi yardımın göstərilməsi qaydalarının pozulmasına görə administrativ məsuliyyət müəyyənləşdiriləməsi planlaşdırılır.

 

Medpress.az Rusiya mediasına istinadən bildirir ki, onun sözlərinə görə, modernləşdirilməsi planlaşdırılan infrastrukturun işləməsi üçün Dövlət Dumasının dekabrın 17 və 19-da keçirilən iclaslarında “Vətəndaşların sağlamlğının müdafiəsi haqqında” qanuna düzəlişlər nəzərdə tutulur.

 

 

Onun fikrincə, müasir müalicə üsulları ilə bağlı yeni klinik tövsiyələrin tətbiqinə keçid 2021-ci ilin sonuna qədər tam həyata keçiriləcək.

 

 

– Bu o deməkdir ki, göstərilən tibbi yardımın keyfiyyət meyarları, kliniki tövsiyələr və müalicə standartları birləşdiriləcək. Çünki orada keyfiyyət meyarları var. Nəzərdə tutulan meyarlara əməl edilməyəndə, inzibati məsuliyyət müəyyən olunacaq, – Qolikova deyib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir