Səhiyyə naziri Kürdəmirdə vətəndaşlarla görüşdü

Səhiyyə naziri Oqtay Şirəliyev martın 6-da Kürdəmir rayon Mərkəzi Xəstəxanasında Hacıqabul, Ağsu, Zərdab, Kürdəmir və Ucar rayon sakinlərini qəbul edib.

 

Medpress.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda 20 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və bu kimi digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

(Visited 66 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir