Sarıkök haqda bilmədiklərimiz – FAYDALI RESEPTLƏR

Sarıkökü çoxumuz ədviyyat, yeməklərimizə dad, tam və gözəl götüntü verən bir təam kimi tanıyırıq. Ancaq bu bitkinin orqanizmə onlarla faydası var. Medpress.az həkim-fitoterapevt Füzuli Hüseynova istinadən sarıkökün faydaları barədə məlumat verir.

 

Sarıkökün kimyəvi tərkibi

Sarıkökün tərkibində ən aktiv maddə kurkumin və kurkuminin sələfləridir. Məsələn kurkumin, dimetoksiklokurkumin, monodimedotoksikurkumin, bisdemetoksikurkumin və siklokurkuminlər kimi kurkuminin sələfləri vardır. Bundan başqa zəngin karotinlər hansıki karotinlərin hesabına sarıkök sarı rəngindədir, C vitamini, terpentinlər (bunlar hormonabənzər təsir göstərir), kalium və polisaxaridlər vardır.

 

Sarıkökün xalq təbabətində istifadəsi.

Əvvəlcə sarıkökün hansı xəstəliklərə təsiri haqqında məlumat verək, sarıkök tək başına hansı xəstəliklərdə istifadə oluna bilər və necə, nə qədər istifadə olunmalıdır. Xatırladım ki, sarıkök bizdə yəni Azərbaycanda bitmədiyindən bizim regionlarda istifadə tarixi Hindistan, Çin, İndoneziya ilə müqayisədə o qədərdə qədim deyildir. Məsələn saydığım dövlətlərdə soyuqdəymə, revmatizmalar, dəri xəstəlikləri, doğuş rahatlaşdırıcı, süd artırıcı, yuxarı tənəffüs yolları xəstəlikləri, ishal, adət pozulmaları, oynaq ağrıları, köpmələr, mədə ağrıları, hamiləlik zamanı ürəkbulanmalar, immunitet artırıcı və sairə kimi xəstəliklərdə geniş istifadə olunmaqdadır. Sarıkökün bu kimi istifadəsi sarıkökün bitdiyi bütün dövlətlərdə istifadə olunmaqdadır.

Azərbaycanda sarıkökdən daha çox yeməklərin bişirilməsi zamanı istifadə olunmuşdur. Sarıkök yeməklərə xüsusi bir ətir, dad və sarı rəng verir. Amma Azərbaycanda sarıkök həmdə dərman bitkisi kimidə istifadə olunmuşdur. Mədə ağrılarında, iştahsızlıqda, adət pozulmalarında, revmatizmalarda istifadə olunmuşdur.

Sarıkök yuxarıda saydığımız xəstəliklərlə paralel revmatoidli poliartrit xəstəliyində, epilepsiyada, beyinqan dövranı xəstəliklərində, yaddaşsızlıqda, Als Haymer xəstəliyində, müxtəlif mənşəli sklerozlarda, oynaq ağrılarında, ağızda acılıqda, müxtəlif mənşəli köpmələrdə, kolitlərdə, sağ qaraciyəraltı nahiyyələrdəki ağrılarda, ekzemalarda, trofik yaralrda, əl ayaq soyuqluğunda, yüksək xolesterində  və başqa başqa xəstəliklərdə xəstələrimə  təyin etmişəm və olduqca faydalı bir təsirini görmüşəm. Sarıkökün başqa bitkilərlə  qarışıqlarını və bu qarışıqların mükəmməl nəticələrini  kitabı oxuduqca görəcəksiniz.

 

Sarıkök haqqında elmi araşdırmalar:

  1. Həzmi rahatlaşdır.
  2. Qurdqovucu təsir
  3. Mədə bağırsaq  qazlarını sökdürücü təsiri öyrənilmişdir.
  4. Ödün istehsalını artırması kimi təsiri öyrənilmişdir.
  5. Bədəni artıq şlaklardan təmizləyici təsiri öyrənilmişdir.
  6. Qaraciyər qorucu funksiyası öyrənilmişdir.
  7. İltihabəleyhinə təsiri öyrənilmişdir.
  8. Trombların əmələ gəlməsinin qarşısını alması öyrənilmişdir.
  9. Qanda lipidlərin çoxalmasının qarşısını alması öyrənilmişdir.
  10. Xərçəng əleyhinə antioksidant təsiri öyrənilmişdir.
  11. Bakteriyalar əleyhinə antibakterial təsiri öyrənilmişdir.
  12. Göbələklər əleyhinə təsiri vardır.  Antifunqal.
  13. Viruslar əleyinə təsiri vardır. Antiviral.
  14. Hüceyrə zəhərlənmələrinə  qarşı zəsiri vardır. Sitotoksik.
  15. Şişlər əleyhinə təsiri vardır.
  16. Dəri xəstəliklərinə qarşı təsiri vardır.  

Sarıkökün qanı durulaşdırıcı təsiri vardır.

Ona görədə əgər qan durulaşdırıcı dərmanlar qəbul edirsinizsə onda sarıkök istifadəsinin dozasına diqqət etmək lazımdır. Yəni ehtiyyatlı olmaq lazımdır əgərqan durulaşdırıcı dərmanları uzun müddət içirsinizsə və belə desək qan durulaşdırıcı dərmanlardan bir müddət aralanmaq istrəyirsinisə onda sarıkökdən və sarıkökün ud hindi ilə qarışımından istifadə edə bilərsiniz. Kitabımızın gələcək məqalələrində ürək xəstələri üçün doza və müddətə görə istifadələrlə tanış olacaqsınız.  Sarıkökün qan durulducu xassələrinə görə ürək xəstəliklərində, ürəyin işemik xəstəliklərində, qan qatılığında, bədən soyuqluğunda, miqrendə, reyno sindromlu xəstəliklərdə, şəkər xəstəliyində  geniş istifadə edə bilərsiniz.

 

Sarıkök öd istehsalını artırır, ödü durulaşdırır.

Ümumiyyətlə öd istehsalını artıran dərmab bitkiləri qaraciyərin yükünü azaldan, qaraciyəri qoruyan, qaraciyərdən qaynaqlanan yüksək xolesterində, ALT, AST, Bilrubinlər kimi yüksəlmiş qan analizlərində faydalı bir təsir göstərirlər. Öd istehsalını artıran bitkilər əsasəndə üstündə dayandığımız sarıkök bitkisi artmış ödü həzmə qoşmaqla həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Köpdən əziyyət çəkənlər üçündə faydalıdır. Əgər öd durğunluğu varsa bağırsaqlarda yağların sorulmasında problemlər əmələ gələcəkdir, daha sonra isə yağlar tam həzm olunmadığından yağların tərkibindəki vitamin və minberalların sorulmasında problemələr əmələ gəlməyə başlayacaqdır. Məslən yağların tərkibindəki A vəya E vitamini sorulmasında problemlər əmələ gəlməyə başlayacaqdır. Sarıkökdən mütəmadi istifadə bu kimi problemlərin qarşısını alacaqdır.   

 

Sarıkök antioksidant mənbəyidir.

Sarıkökün tərkibindəki kurkumin və kurkuminin sələfləri yüksək bir antioksidant xassəsinə malikdir. Antioksidant təsir o deməkdir ki, insan bədənində əmələ gəlmiş və daima əmələ gəlməyə davam edən sərbəst radikalların çoxalmasının qarşısını alır. Sərbəst radikalların çoxalması gələcəkdə xərçəng kimi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Sərbəs radikal sözünün mənası bədənə vəya beyinə tabe olmayan bir toxumanın artıb çoxalmasıdır. Sarıkök daha çox qaraciyər, mədəaltı vəzi xərçənglərində faydalıdır. Sarıkökün hətta az bir dozası belə hüceyrə membranınyəni qabığının dağılmasının qarşısını alması sübut edilmişdir.

 

İltihab əleyhinə təsiri.

Sarıkök iltihab əleyhinə təsir göstərən dərman bitkiklərinin içərisində liderlik edən bitkilərdən biridir. Bağırsaq infeksiyalarında, kolitlərdə, qeyri spesifik xoralı kolitlərdə, kroun xəstəliyində sarıkökdən istifadədən sonra nəcisdə selik azalmağa başlayır, nəcisin analizində epitellərin azalması müşahidə olunur. Revmatizmlərdə, revmatoidli poliartritlərdə sarıkök istifadəsi qanda yüksəlmiş olan CRZ, Rf, ASO kimi yüksəlmiş olan  göstəriciləri aşağı salır.

 

Şəkərə təsiri.

İnsan bədənində amilaza deyilən ferment var bu fermentin yüksəlməsi mədəaltı vəzidə problemin olmasından xəbər verir. Amilaza fermentinin yüksəlməsi mədəaltı vəzidə insulin istehsalına təsir edir, mədəaltı vəzidən istehsal olunmuş insulin bu zaman ya öz işinin öhdəsindən gələ bilmir, yada bədəndə təbii insulin istehsalında zəifləmələr başlayır daha sonra qanda və sidikdə şəkərin miqdarı yüksəlməyə başlayır. Daha sonra gizli şəkər və daha sonra isə şəkər xəstəliyi əmələ gəlməyə başlayır. Sarıkök bədəndə artmış olan alfa amilazanı blokada edərək mədəaltı vəzinin dağılmasının qarşısını alır , vəzinin regenerasiyasını sürətləndirir, sonucda şəkərin aşağı düşməsinə səbəb olur.

 

Hüceyrə qoruyucu təsiri.

Sarıkök toxumalar üçün əsl qoruyucu bir təsiri vardır. Məslən xərçəngdə yerləşdiyi yerə görə dağılmış heceyrələr, şəkərdə mədəaltı vəziyə görə dağlmış hüceyrələr, poliartritlərdə oynaq ətrafı yumşaq toxuma iltihabından sonra dağılmış olan hüceyrələr və sairə kimi hüceyrələrin məhv olmasının qarşısını alaraq  bədən üçün əsl həkim rolunu oynayır. Sarkök mükəmməl bir seçici mükəmməl bir bərpaedicidir. Bu xassəsini həmişə yadda saxlamalı əzilmiş, çürümüş, şişmiş, qızarmış və sonda dağılmış bir toxuma gördükdə sarıkökdən istifadə etməyə başlayın bu həqiqətəndə seçici olaraq çeçilmiş bir təsirdir. Bir dəfə bir xəstə İranda şüa terapiyası almış və şüa oturaq siniri zədələyərək qadının bir ayağında hərəkəti tamamilə məhdudlaşdırmışdır. Xəstə Gədəbəydən gəlmişdi sarıkökün bu təsirini nəzərə alaraq həm bol bol sarıkök və başqa dərman bitkikərinin qarışıqlarından istifadə etməklə xəstənin tam hərəkətini bərpa etməyə nail olduq.  Sarıkökün bu təsiri karsinomalar (xərçən) üstündə sınaqdan keçrilmiş məlum olmuşdur ki,  xərçəng hüceyrələrində böyümələr (yəni çoxalmalar)  dayanmış,  hətta fəaliyyətini itirməkdə olan sağlam hüceyrələrdə canlanmalar baş vermişdir.   

 

Qaraciyər qoruyucu təsiri.

Qaraciyər bədənimizin filtridir. Bədənimiz qara ciyərə olduqca həssasdır. Beləki əgər qara ciyərdə cüzi bir problem olursa bu mütləq insan vücudunda öz izini qoyacaqdır. Düzdür qaraciyər daxilində sinirlər olmasada ətraf toxumlara qaraciyərin təsiri (məsələn böyüməsi, qaraciyər piylənməsi vəsairə kimi hallar həmən öz təsirlərini bildirəcəkdir. Siçanlara hər kiloqram üçün 80mq kurkumin verdikdən sonra qanlarında ASAT, ALAT, XOLESTERİN, FOSFOLİPİDLƏR, sərbəst yağ turşuları miqdarlarında azalmalar qeydə alınmışdır.

 

Antilipid təsiri.

Siçanları 2 tipə bölmüşlər 7 həftə boyunca bir tipə kurkuminlə zənginləşdirilmiş yağlı qidalar, digər qruplara isə sadəcə yağlı qidalar verilmişdir. 7 həftədən sonra qanda lipidlərin, xolesterinin, triqliseridlərin, yağ turşularının miqdarlarına baxılmış nəticələr 50 ilə 81% aralığında kurkuminlə qidalananlarda daha aşağı olmuşdur. Deməli qanda yüksəlmiş olan yağların miqdarını salmaq  üçün sarıkök həm faydalı bir qida həmdə faydalı bir dərman bitkisidir.

 

Sarıkökün qeyri stereoidlərlə fərqli müqayisəsi.

Qeyri stereoid dərmanlar iltihab əleyhinə təsirli həblər olub revmatizma ağrılarında, poliartrit ağrılarında, müxtəlif mənşəli oynaq ağrılarında və sairələrdə ağrıkəsici və  iltihabəleyhinə  təsir göstərirlər.  Bu qrup dərmanlar ağrıları anidən azalsalarda çox güclü əks təsirləridə vardır. Məsələn mədə bağırsaq selikli qişalarını qıcıqlandırmaq xüsusiyyətlərinə malikdirlər. Sarıkökün sulu ekstraktını indometasin dərmanı ilə müqayisə etmişlər nəticə stereoid dərmanların daha güclü təsirini göstərsədə  mütəxəsislər davamlı təsir üçün sarıkök dəmləməsini üstün tutmuşlar. Səbəb olaraq qeyd edə bilərik ki, sarıkökün sulu ekstaktı həm iltihabəleyhinə təsirli dərman kimi və həmdə bununla paralel mədə bağrsaq divarına faydalı təsirinə görə  və yenədə immun sistemi gücləndirdiyinə  görə sarıkök dəmləməsini daha məqbul saymışlar.

 

Qanda qlükoza səviyyəsi və şəkər xəstəliyinə görə.

Yenədə 2 qrup siçanlara həm yağlı və bir qrupuna isə həm yağlı həmdə sarıkök dəmləməli(kiloqrama 80 mlq) ekstrakt verilmiş sonda 25-30 % arasında qan şəkəri sarıkök qəbul edən siçanlarda daha aşağı olmuşdur.  Sarıkökün toz halında qəbulu vəya suda dəmlənilmiş formada qəbulu qanda şəkərin səviyyəsini aşağı salır. sarıkökün digər dərman bitkikləri ilə qarışığından hazırlanılmış yığıntılar daha yaxşı təsir göstərirlər.  

 

Mədə bağırsaq yaralarına qarşı.

Sarıkökün sulu dəmləməsinin gündə 3 dəfə yeməkdən əvvəl qəbulu turşu istehsalını 55-60% azaltmışdır. Deməli sarıkökün sulu dəmləməsini turşunun yüksəlməsi ilə gedən hiperasid  qastritlərdə  faydaları sübut edilmişdir. Amma əgər kəskin qastrit əlamətləri və güclü ağrılar olarsa dəmləmə dozasını əvvəlki 1 həftə az olaraq dəmlənilməlidir. Məsələn üçdə bir çay qaşığını 1 stəkan suda dəmləyib içə bilərsiniz. Amma ən yaxşısı isə qarışımlar bölməmizdə sarıköklə başqa bitkilərimizin qarışığından ibarət çayların içilməsidir.

 

Sarıkökün dəriyə təsiri.

Sızanaqlar, sivilcələr, aknələr, psoriaz kimixəstəliklərdə 1 stəkan kənd südündən hazırlanılmış qatığa 2 çay qaşığı sarıkök tozu qarışdırıb 1-2 gün soyuducuda saxladıqdan somra dəriyə gündə 3 dəfə çəkə bilərsiniz. Sarıkökün tərkibindəki kurkumin yağda həll olunduğundan qatığı üzündəki qaymağı  ilə bərabər götürsəniz daha çox təsirli vasitə hazırlamış olarsınız. Başqa bir qarışım ilə belə hazırlaya bilərsiniz 50 qram rafinə olunmamış zeytun yağına 2 çay qaşığı sarıkök tozu qarışdırıb evdə 60 dərəcəli sobada 3 gün saxlayın sonra süzün üstünə 50 qaram kakos yağı əlavə edib yenə qızdırın və qarışdırın hamısı tam olaraq bir birinə qarışdırıqdan sonra gündə  2-3 dəfə prblemli dərilərə çəkə bilərsiniz.

 

Sarıkökün piylərə təsiri.

Sarıkök bitkisinin enerji dəyəri olduqca aşağıdır amma yağların və piylərin əridilməsi üçün mükəmməl bir vasitədir. Bir dolu xörək qaşığı sarıkök 1 stəkan suda 5 dəq qaynatdıqan sonra bizim bədənimizin bu bir stəkan suda aldığı enerji cəmi 30 kilokaloridir. Az enerji verməklə çox güclü mineral və antioksidan mənbəyi kimi piylərin əridilməsi üçün mükəmməl bir vasitədir.

 

Sarıkökün bədən tərəfindən sorulması.

Sarıkökün tərkibindəki kurkumin maddəsi yağda həll oluna bilən bir maddə olduğundan yediyimiz yeməklərin bişməsinə az qalmış sarıkökü yeməyə qarışdırıb 4-5 dəqiqə qarışdıra qarəşdəıra qaynatmaq və daha sonra bu yeməkdən yemək sarıkön daha yaxşı sprulması üçün əla vasitədir.  Sarıkökün daha yaxş sorulmasının başqa bir üsulu isə  1 çay qaşığı sarıkök tozuna beşdə bir çay qaşığı istiot tozu qarışdırıb istifadə etmək lazımdır. Belə etmək sarıkökün bədən tərəfindən sorulmasını 20 qat  gücləndirir.  Buna səbəb istiotun tərkibindəki piperin maddəsidir.

Ümumiyyətlə sarıkökdən xroniki iltihabı proseslə gedən bütün xəstəliklərdə istifadə etmək faydalıdır. Məsələn revmatizm, revmatoidli artrit, artrozlar, qızılyel xəstəliyi, müxtəlif mənşəli sağalmayan yaralar və sairə.sarıkökdən demək olar ürək qan damar sisteminin çox xəstəliklərində uğurla istifadə edə bilərsiniz. Yalnız qan durulaşması ilə gedən xəstəliklərdə istifadə olunması yolverilməzdir. Mən bəzən qanı duru olan xəstələrimə sarıkökü küncüt ilə paralel yazıram. Təbiiki müalicə prosesində qan analizlərində laxtalanmaya diqqət etmək şərtilə. Küncütlə birlikdə yazmaqda məqsəd isə sarıkökün qan durulducu xassəsinin qarşısını küncüt alır və qan azlığını aradan qaldırır.

 

(Visited 167 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir