Harvard Universitetinin professoru Erik Rimm kartof qızartması ilə bağlı etdiyi bəyanatla dünya gündəminə gəlib.
Medpress.az xarici mediaya istinadla bildirir ki, Erik Rimm, bir dəfəyə 6 dilimdən çox qızardılmış kartof yeməyin sağlamlığa zərər verdiyini söyləyib.
Onun iddiasına görə, həftədə 2- 3 dəfə kartof qızartması yeyənlər köklük, ürək və damar xəstəliklərinə daha meylli olurlar.
Rimm bu bəyanatını 6 aydan daha qısa müddətdə apardığı araşdırmalara əsaslanaraq verib.
Bundan başqa, insanların həyatını təhdid edən ürək problemlərindən qaçmaq istəyirlərsə, iştahalarını salat ilə doyurmağın lazım gəldiyini də önə sürüb.