Yuxu mərkəzi sinir sitemi olan demək olar ki, bütün canlılar üçün çox vacibdir. Ancaq məhz nəyə görə vacib olduğu dəqiqliyi ilə indiyədək məlum deyil. Bu arada yuxu çatışmazlığı yalnız psixoloji problem baxımından və beyinin zəhərlə “tutulması” ilə deyil, həm də ürək-damar sisteminin işinin pozulması, diabetin inkişafı və kökəlməklə bağlı qorxuludur.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, İsrailin Bar-İlana adına Universitetindən olan professor Liora Appelbaumun rəhbərlik etdiyi alimlər komandası ehtimal edir ki, yuxu işin gedişində və sadəcə həyatda toplaşan mütləq zərərləri neyronların təzminat (“təmir”) keçirməsinə imkan verir.
“Bu, yollardakı çuxurlar kimidir, – Appelbaum izah edir. – Onlar xüsusilə gündüzlər fəal hərəkət zamanı tez çoxalırlar, onları təmir etmək isə gecələr, trafikin o qədər də sıx olmadığı vaxt daha əlverişlidir”.
Biyoloqlar onların hipotezlərini test etmək üçün akvariumda danio-rerio balıqları ilə təcrübə keçiriblər. Bu sinir sistemi, davranış və yuxu tədqiqatları üçün ümumi bir model orqanizmdir. Onlar əsasən insanlara bənzəyir, ancaq balıqlar insanlardan daha sadədir və demək olar ki, şəffafdır, bu da tədqiqatları asanlaşdırır.
Bar-İlanın komandasının fluoresan proteinləri və mikroskopdan istifadə etməklə danio neyronlarında oyanıq və yuxu zamanı DNT bərpasını müşahidə imkanı olub. Yuxu zamanı DNT xromosomları zənciri aktiv şəkildə açılır və kütləvi bərpaya məruz qalırlar.