İki dəfə azaltmalı və iki dəfə artırmalı olduğumuz qidalar

Milyonlarla insanın məhv olmasının və planetimizə vurulan “fəlakətli” ziyanın qarşısının alınması üçün bəşəriyyət qida istehsalı və istehlakı prinsiplərini radikal şəkildə dəyişməlidir. Bu iki hədəfə çatmaq üçünsə insanlar şəkər və ət yeməklərini 2 dəfə azaldaraq meyvə-tərəvəz və çərəz qəbulunu ikiqat artırmalıdır. Medpress.az xəbər verir ki, bu fikir müxtəlif ixtisaslı 36 alimin birgə araşdırmasının nəticəsi ilə bağlı “Lanset” (The Lancet) tibb dərgisində dərc etdirdikləri məqalədə öz əksini tapıb.

 

“Hal-hazırda 1 milyarda yaxın insan aclıqdan, 2 milyard insan isə çox və ziyanlı yemək nəticəsində piylənmədən əziyyət çəkir. Vəziyyət fəlakət həddindədir, -London Universitetinin professoru, araşdırmanın müəlliflərindən olan Tim Lanq 50 səhifəlik araşdırmanın nəticəsini belə ümumiləşdirir. -2050 ilə qədər planetar səviyyədə 10 milyard insanı qida ilə təmin etmək üçün sağlam dietaya keçmək, qıda tullantılarının həcmini və ətraf mühitə təsir səviyyəsini kəskin azaltmaq lazımdır. Lakin ən mühüm məsələ yeni kənd təsərrüfatı inqilabının zəruriliyidir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir