Uşağın başını sığallamağın inanılmaz faydası

Oksford və Liverpul universitetlərində qan analizi verən 32 uşağın beyin aktivliyi araşdırılıb və maraqlı mənzərə üzə şıxıb. Analiz zamanı uşaqların yarısının başına sığal çəkilib və bu qrupda ağrı ilə əlaqəli beyin aktivliyi 40 faiz aşağı olub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər belə nəticəyə gəliblər ki, sığallama ağrıkəsici effekt yaradıb. Sığallamanın optimal sürəti isə saniyədə 3 sm hesab olunur. Araşdırmanın nəticəsi kimi uşaqlar, xüsusən də erkən doğulan körpələr üçün masajın əvəzolunmazlığı mütəxəssislər tərəfindən bir daha qəbul olunub.

 

Valideynlə körpə arasında bağlılğı gücləndirmək və uşağı sakitləşdirmək üçün həkimlərin “dəri-dəri” kontaktı məsləhəti də bu səbəbdəndir.

 

Sığallama xüsusi sinir hüceyrələri olan C-taktil afferentlərə təsir edir. Alimlər gələcəkdə erkən doğum səbəbindən sensor yolları yeni inkişafa başlayan körpələrdə sığal vasitəsilə həyat üçün vacib əhəmiyyətli C-taktil afferentlərin formalaşmasının araşdırılmasını planlaşdırırlar.

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir