Məlum olduğu kimi, bəzi məhsullar sizin əhval-ruhiyyənizə təsir edə bilər. Elə məhsullar var ki, müntəzəm istifadə həyəcanı artırır, bizi bərk əsəbi edir. Əksinə əhval-ruhiyyəni və insanın özünü yaxşı hiss etməsinə səbəb olan məhsullar da var.
Medpress.az xarici mediaya istinadla sizin diqqətinizə əhval-ruhiyyənizə müsbət təsir göstərən məhsulları təqdim edirik.
Giləmeyvələr
Giləmeyvələr əbəs yerə belə faydalı məhsul sayılmır: Onlar – strees hallarında orqanizmin istehsal etdiyi kortizolun – hormonların qarşısını alır. Giləmeyvələr kortizollara əhval-ruhiyyəyə təsir etməyə və onu pozmağa imkan vermir. Əgər siz stress vəziyyətə düşübsünüzsə, onu tortlarla deyil, giləmeyvə ilə öldürə bilərsiniz.
Taxıl məhsulları
Taxıl məhsullarının tərkibində B vitamini çoxdur və bunun sayəsində də kefinizə müsbət təsir göstərə bilərsiniz. Araşdırmalar göstərib ki, B6 bitamininin çatışmazlığı orqanizmdə yorğunluq, əsəbilik, stress və depressiyaya səbəb ola bilər.
Qoz ləpəsi
Sinklə zəngin qoz ləpəsi əhval-ruhiyyəni artırmaq üçün ən yaxşı məhsullardan biri hesab edilir. Sink beyninin reaksiyasında və orqanizmdə stress üçün mühüm rol oynayır. Sinkin çatışmazlığı isə yaddaş və öyrənmə proseslərinin pozulmasına, depressiya və aqressiyaya gətirib çıxara bilər.
Günəbaxan tumları
Günəbaxan tumları Omeqa-3 yağ turşularının gğzəl mənbəyi olan bitkidir. Onların əhval-ruhiyyəni yüksəltmək və depressiyaya qarşı müqavimət göstərmək gücündə olduğu məlumdur.