Hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir?

Koronavirus pandemiyası yayılmağa başladığı ilk günlərdən insanları narahat edən suallardan biri də bu virusun hamiləlikdə yaratdığı fəsadlarla bağlıdır. Bu sual bu gün də aktualdır -COVİD-19-un hamilə qadınlar üçün hansı riskləri var; hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir? Medpress.az oxucularına Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın bu suallarla bağlı açıqlamalarını təqdim edir.

Hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virus ana bətnindəki körpəyə keçə bilərmi və hansı təhlükələr yarada bilər?

 

COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.

 

Hamiləlik zamanı COVID-19 ana üçün nə dərəcədə təhlükəli ola bilər?

 

Hamiləlik infeksiyaya meyilliliyi artmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır: infeksiyalaşmış anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.

 

 

COVID-19 virusuna yoluxmuş ana körpəyə süd verə bilərmi? Süd vasitəsi ilə virusun keçmə ehtimalı nə qədərdir?

 

Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibb maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.

 

 

Südverən COVID-19 xəstəsi ananın aldığı müalicə, dərman preparatları körpənin sağlamlığı üçün hər hansı təhlükə yarada bilərmi?

 

ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.

 

Remdezivir SARS-CoV-2-nin vitro və digər koronoviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19 da olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.

 

Əmizdirmə zamanı gigiyenik qaydalar necə olmalıdır?

 

Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edərək, qidalandırılması tövsiyə edirilir. (Səhiyyə nazirliyi)

 

(Visited 89 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir