ÜST təcili istifadə üçün zəruri sayılan peyvəndin adını açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer”/”BioNTech” peyvəndini koronavirusdan təcili istifadə üçün tövsiyə edilən vaksinlərin siyahısına daxil edib.

 

Bu barədə Medpress.az “RİA Novosti”yə istinadən xəbər verir.

 

“Bu gün (cümə axşamı-red) ÜST təcili istifadə üçün siyahıya “Pfizer”/”BioNTech” istehsalı olan COVID-19 vaksinini daxil edib”, – açıqlamada bildirilir.

 

Qeyd edilir ki, vaksinin siyahıya daxil edilməsi UNİCEF və Panamerikanın Səhiyyə Təşkilatının bu dərmanı ehtiyacı olan ölkələrdə paylanılması üçün satın almasına imkan verəcək. (Report)

 

(Visited 12 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir