“Gizli xəstəlik”: Ağciyər xərçəngi siqaret çəkməyənlərə “hücum edir”

Siqaret çəkməyən britaniyalılar 10 ildən sonra ağciyər xərçəngindən siqaret çəkənlərdən daha çox ölməyə başlayacaq. Bu qənaətə Britaniya Krallığının tibb cəmiyyəti gəlib.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, hazırda ağciyər xərçəngindən ildə 6 min siqaret çəkməyən britaniyalı ölür. Bu, həmin səbəbdən ölən Birləşmiş Krallığın hər yeddi sakinindən biridir.

 

Krallığın tibb cəmiyyətinin hesablamasına görə, 2030-cu ildə xərçəngin bu növündən öləcək siqaret çəkməyənlərin sayı siqaret çəkənlərdən çox olacaq.

 

Cəmiyyətdən verilən izahata görə, iş burasındadır ki, ağciyər xərçəngi probleminə siqaret çəkməyənlər az diqqət yetirir, həkimlər isə əlamətləri “buraxırlar”.

 

“Ağciyər xərçəngi siqaret çəkməyənlərdə “gizli” xəstəlik adlanır. Ona diqanoz qoyulmasında problem yaşanır”, – Krallığın tibb cəmiyətindən olan professor Pol Kosford vurğulayıb. 

 

Onun sözlərinə görə, ağciyər xərçəngi uzun müddət siqaret çəkməklə ortaya çıxan problem hesab olunub. Lakin indi bu yanaşmada düzəlişə ehtiyac var. Professorun fikrincə, siqaret çəkməyənlərin ağciyər xərçənginə yoluxmasına nəqliyyat vasitələrinin və sənaye müəssislərinin havanı çirkləndirməsi səbəb olur.

 

 

(Visited 617 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir