Depressiyanı smartfon müəyyənləşdirəcək

Stenford Universitetinin alimləri smartfonun köməyi ilə depressiyanı diaqnozlaşdırmağın yolunu tapıblar. Bunun üçün smartfona xüsusi neyroşəbəkə əlavəsi yükləmək lazımdır.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, sistem yaddaşdakı videomüsahibə əsasında insanın psixi vəziyyətini təhlil edir. Süni intellekt vasitəsilə ümumilikdə 198 müsahibə öyrənilib. Alimlərin məqsədi depressiyanı insanın səsi vasitəsilə müəyyənləşdirmək olub.

 

Nəticə uğurlu alınıb. Süni intellekt 85 faizə qədər dəqiqliklə psixi pozğunluğu öyrənə bilib.

 

Həkimlər qeyd edirlər ki, psixi pozğunluğun bu növü insanlarda çox vaxt nəzərə çarpmır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 300 milyona yaxın insan depressiyadan əziyyət çəkir.

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir