Gənc ana doğuş zamanı öldü – KÜRDƏMİRDƏ

Kürdəmir rayonu, Carlı kənd sakini, 19 yaşlı Nuranə Novruzova fevralın 21-də saat 14 radələrində doğuş sancıları ilə rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə yerləşdirilib.

 

Medpress.az report-a istinadən bildirir ki, saat 16:30-da doğuş baş tutub və ana 3,4 kiloqramlıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.

 

Kürdəmir rayon Mərkəzi Xəstəxanasınin baş həkimi Eynulla Novruzov bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib. Yeni doğulan körpənin vəziyyəti hələ ki normaldır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir