Əlini Putinin üzünə çəkən kor qız: “Siz çox yaraşıqlısınız”

Ağır xəstəlik səbəbindən görmə qabiliyyətini itirən 17 yaşlı Regina Parpiyeva Vladimir Putinlə müsahibədən əvvəl prezidentin üzünü özünəməxsus üsulla “görmək” üçün razılıq istəyib. Bütün kor adamlar kimi, yeniyetmə qız da həmsöhbəti ilə əlləri vasitəsilə tanış olur.

 

Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, dövlət başçısı Reginanın istəyindən imtina etməyib.

 

– Siz çox göz yaraşıqlısınız, çox yaxşısınız, – qız barmaqları ilə Putinin üz cizgilərinə toxunandan sonra deyib.

 

Putin həmsöhbətinə xoş sözlər üçün təşəkkür edib və onun əllərini çox ədəblə öpüb.

 

Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də keçirdiyi mətbuat konfransından sonra ağır xəstəlikdən əziyyət çəkən 17 yaşlı qızın arzusunu yerinə yetirərək ona müsahibə verib.

 

Dövlət başçısı Regina Parpyevanın bir neçə sualına cavab verib. Müsahibə 20 dəqiqə davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir