Ebola virusu bu ölkədə 366 nəfəri öldürüb

Konqo Demokratik Respublikasında iyulun sonuna Ebola virusuna yoluxan  vətəndaşların sayı 600 nəfəri keçib. Bu haqda yanvarın 2-də Afrika ölkəsinin Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, məlumata görə, yanvarın 1-də 602 xəstəliyə yoluxma faktı qeydə alınıb.  Ebola virusuna yoluxan 366 nəfər ölüb, 205 nəfər sağalıb.

 

Yanvarın 1-də 4 nəfərin xəstəliyə yoluxduğu, 3 nəfərin öldüyü məlum olub. Ötən il avqustun 8-dən bəri 53917 nəfərə vaksin vurulub.

 

Ebola insanlara vəhşi heyvanlardan keçir və sonra insanlar arasında yayılır. Xəstəliyin ilk əlamətləri gözlənilməz titrətmə, əzələ ağrıları, baş ağrısı və boğaz ağrılarıdır. Bunun ardınca öyümə, ishal, böyrək və qaraciyərin funksiyasında pozulma, bəzi hallarda daxili və xarici qanaxmalar başlayır.

 

(Visited 36 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir