Duz və antibiotik böyrəyin düşmənidir

Dünyada 850 milyon böyrək xəstəsi olduğu ehtimal edilir. Xroniki böyrək xəstəliyinin artmasının ən böyük səbəbi isə şüursuz istehlak edilən duz və antibiotikdir.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, böyrəyiniz xəstə deyilsə, əvvəlcə böyrək xəstəsi olmamaq üçün kökəlməmək lazımdır. Şəkərli və xəmirli ərzaq istifadə etməmək lazımdır. Ancaq bununla yanaşı, yüksək zülallı qidalanmaq də düzgün deyil. Yüksək zülal, böyrəyin süzməkdə çətinlik çəkdiyi bir şeydir. Əhəmiyyətli olan balanslı qidalanmaqdır. İctimaiyyətdə insanların ən çox başının qarışdığı şey duzdur. Duz bir böyrək, bir damar zəhəridir. Tipləri və növləri arasında heç bir fərq yoxdur. Duz az istifadə edilməli, karbohidrat və yağ ölçülü istehlak edilməlidir. “Onu yeyin, bunu yeyin” deyərək cəmiyyətin başını qarışdırmağa ehtiyac yoxdur. İdeal kiloqramda qalmaq şərtilə hər şeyi balanslı olaraq qəbul edin. Qidalanmaqdan başqa daha bir mesaj: Siqaret da bir böyrək zəhəridir. Siqaret çəkənlər də böyrək sağlamlığı üçün risk altındadır.

 

Sidik köpüklüdürsə…

 

Böyrək xəstəliklərinin əlamətləri nələrdir? Əsasən böyrək xəstəlikləri hiyləgər gedir. Sidiyin çox köpüklənməsi, ayaqların, üzün, gözlərin birdən-birə çox şişməsi əlamətlər arasındadır. Orqanizminizdə bir sıra maddələr olması böyrək xəstəliyi əlaməti ola bilər. Sidik edərkən yanma, ağrı, sidiyin rənginin dəyişməsi, çay rəngi sidik etməyiniz, gecə sidik etmək üçün oyanmaq yenə böyrək xəstəliyi əlaməti ola bilər. Ancaq xəstələrin 85 faizində bu əlamətlər olmaz.

 

Risk qrupundakıları belə sıralamaq olar:

 

* Yaşı 65-dən çox olan hər kəs.

 

* Şəkər, təzyiq, ürək-damar, xərçəng xəstələri.

 

* Uzun müddət ağrı kəsici və antibiotik istifadə edənlər.

 

Necə qorunmalı?

 

* Nizamlı məşq edin.

 

* Sağlam qidalanın və ideal çəkinizi qoruyun.

 

* Duzu azaldın.

 

* Bol maye qəbul edin.

 

* Siqaretdən və həddindən artıq spirt istehlakından çəkinin.

 

* Ağrı kəsici dərman vasitələrindən çox istifadə etməyin.

 

* Qan təzyiqinizi və 40 yaşdan sonra qan şəkərini ölçtürün.

 

* Xroniki böyrək xəstəliyi üçün risk altındasınızsa, nəzarət üçün müntəzəm olaraq həkimə müraciət edin.

 

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir