Dünyanın ən varlı qadınının adı AÇIQLANDI

Fransanın L’Oreal şirkətinin sahibi Fransuaza Betankur-Mayersa 2019-cu ilin ən varlı qadını adlandırılıb.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, bunu “Forbes” nəşri özünün planetin ən varlı adamlarının illik reytinqində açıqlayıb.

 

Məlumata görə, biznesvumenin illik gəliri 7,1 milyard dollar, yaxud 17 faiz artaraq indi təxminən 50 milyarda çatıb. Fransuaza Betankur-Mayers bu miras 2017-ci ilin sentyabr ayında anası Lilian Betankurdan qalıb. Qeyd edilir ki, L’Orealın səhmlərinin 33 faizi Betankur ailəsinə məxsusdur.

 

Xatırladaq ki, planetin indi ən varlı qadının anası Lilan Betankur 2017-ci ilin sentyabr ayında 94 yaşında vəfat edib. O, qızı Fransuaza Betankur-Mayersə 44,6 milyard dollarlıq miras qoyub. Lilian L’Orealdan öz kapitalını və səhmlərə nəzarət paketini 1957-ci ildə, atası Ejen Şyulle öləndə alıb.

 

(Visited 124 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir