Yaponiyada dünyada çəkisi ən az olan oğlan doğulub. Dünyaya gələn körpənin çəkisi 258 qram olub.
Medpress.az xarici mətbuata istinadən bildirir ki, həkimlərin sözlərinə görə, Ryusuke Sekino anomal nazik qan damarları ilə doğulub. Cərrahlar bu azçəkili xəstəni son dərəcə səliqə ilə müalicə etməli olublar. Oğlanın anası Tosiko Sekinonun sözlərinə görə , uşaq o qədər kövrək görünür ki, ona toxunmağa qorxur.
“Mən çox xoşbəxtəm. O, həkimlərin səyi sayəsində hər gün yaxşılaşmağa doğru gedir”, – Tosiko deyir. Beş aylıq Ryusuke doğum evində həkimlərin nəzarəti altındadır və yaxın günlərdə evə buraxılacaq. Onun çəkisi artıq 3,4 kiloqrama çatıb.
Yaponiya dünya rekordçusudur. Məlumdur ki, 23 halda çəkisi 300 qramdan az olan uşaqları xilas etmək mümkün olub. Ən azçəkili qız 2015-ci ildə Aımaniyada doğulub və bu zaman çəkisi 252 qram olub.
Fevral ayının axırında xəbər verilirdi ki, Yaponiyadakı xəstəxanalardan birindən doğuşdan sonra çəkisi 268 qram olan körpə evə buraxılıb.