Pew Researchin araşdırmasına əsasən, dinə inanan insanlar ateistlərdən xoşbəxtdirlər. Dünyanın 20-dən çox ölkəsində vətəndaşların sorğu məlumatlarını təhlil edən alimlər müəyyən ediblər ki, dinə inananlar özlərini daha xoşbəxt hiss edirlər, həm də eyni zamanda onlar mütləq daha fiziki sağlam olmaya bilər.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dindarlıq və xoşbəxtlik hissi arasında kəşf edilən əlaqəni alimlər şaşırdıcı adlandırıblar.
Araşdırma iştirakçıları 3 qrupa bölünüb: inanclı dindarlar, dindarlar, eləcə də özünü heç bir dinə aid hesab etməyənlər. 36 faiz inanclı dindar yaşlı amerikalılar özlərini “çox xoşbəxt” adlandırıblar, bu zaman ateistlər arasında belələri cəmisi ¼ olub. Avstraliyada, məsələn, bu nisbət müvafiq olaraq 45 faizə qarşı 33 faiz olub.
Çox maraqlıdır ki, dindarlar daha sağlam həyat tərzi keçirməyə meyllidirlər, ateistlərdən fərqli olaraq siqaretdən və spirtli içkilərdən az miqdarda istifadə edirlər.