Dərinizdəki səpkilər dəhşətli xəstəlik əlaməti ola bilər – XƏBƏRDARLIQ

Dərinizdəki səpkilər ağ ciyər xərçəngi əlaməti ola bilər. Bu haqda British Association of Dermatologists və Britaniyanın NHS-in alimləri məlumat veriblər.

 

Medpress.az-ın xarici mediaya istinadən bildirir ki, ağ ciyər xərçənginə vaxtında diaqnoz qoymaq çətindir – adətən, onun diqanozu kifayət qədər gec qoyulur. Mütəxəssislərin sözlərinə görə, səpkilər xəstəliyin erkən mərhələsini göstərə bilər ki, bu da çox vacibdir.

 

Əlbəttə, istənilən səpki ağ ciyər xərçəngi ilə bağlı deyil. İndiki halda söhbət mavi-bənövşəyi, yaxud qırmızımtıl səpkilərdən gedir. Bu səpkilər göz qapaqları ətrafında, əllərdə, yaxud ayaqlarda lokallaşır, bəzən güclü şiddətli qaşınma və günəş təsirindən ağırlaşma ilə müşayiət olunur.

 

Mütəxəssislər məsləhət görürlər ki, əgər bu vəziyyətdə güclü əzələ zəifliyi də varsa, mütləq müayinə üçün həkimə müraciət etmək lazımdır.

 

Mütəxəssislər onu da xatırladırlar ki, ağ ciyər xərçəngi ən aqressiv xəstəliklərdən biridir və onun diaqnozu digər daxili orqanlara yayılandan sonra qoyulur. Ona görə tədqiqatçılar məsləhət görürlər ki, həmişə dəridəki səpkilərə diqqətlə yanaşmaq lazımdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir