Depressiya riskini azaltmağın gözlənilməz üsulu AÇIQLANDI

Massaçusetsdəki ümumi profilli Boston xəstəxanasının alimləri depressiya riskini azaltmağın çox sadə üsulunu açıqlayıblar. Araşdırmaya görə, gündəlik fiziki yüklənmə psixoloji sağlamlığa müsbət təsir edir.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, araşdırma çərçivəsində 600 mindən çox insanın məlumatları təhlil edilib. Alimlər bütün könüllülərin xəstəlik tarixlərini, onların ümumi sağlamlıq göstəricilərini, eləcə də bəzi genetik parametrlərini öyrəniblər. Sınananlardan bəziləri hərəkət miqdarının ölçülməsi portativ sayğaclarını (akselerometrlər) daşıyıb.

 

Müəyyən edilib ki, fiziki fəal insanlar demək olar depressiyadan əziyyət çəkməyiblər, özü də genetik amillər, depressiya və idmanla məşğul olmaq  arasında əlaqələr aşkar edilməyib.

 

Alimlərin fikrincə, fiziki fəallıq gündəlik olmalıdır. Bu 15 dəqiqəlik qaçış, bağda işləmək və yaxşı olardı ki, açıq havada digər yüngül fiziki yükləmələr olsun.

 

(Visited 101 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir