Almaniyanın Tübingen Universitetinin alimləri insan orqanizmində koronavirus infeksiyasının yayılmasına təsir edə biləcək ferment aşkar ediblər.
Medpress.az xəbər verir ki, bu barədə “Merkur” portalı məlumat yayıb.
Ekspertlər SARS-CoV-2-nin ağciyərlərdə yayılmasının kompüter modelinin yardımı ilə virusun hüceyrələri onun daxil olmasına kömək edən xüsusi maddələr ifraz etməyə məcbur etdiyini təyin edə bilib.
Mütəxəssislər quanilatkinasa 1 (GK1) fermentinin virus üçün xüsusilə qiymətli olduğunu aşkar edib. Alimlər onu orqanizmdən “çıxardıqdan” sonra SARS-CoV-2-nin çoxalması dayanıb.
Ekspertlər əmindirlər ki, kəşfləri COVID-19-un müalicəsi üçün preparat hazırlanması və təkmilləşdirilməsi üçün vacib olacaq. (Report)