Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri Yan Fleminqin kitabları əsasında çəkilən 24 filmi təhli edərək belə qərara gəliblər ki, Ceyms Bondda – bədii əsərlərin baş qəhrəmanında alkoqol asılılığının ağır forması “var”. Bu səbəbdən kəşfiyyatda onunla işləmək mümkün deyil.
Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatçılar müəyyənləşdiriblər ki, Bond hər filmdə orta hesabla 4,5 dəfə sərxoşluq edir, bu zaman spirtli içkinin orta dərəcəsi ağır alkoqol zəhərlənməsinə səbəb olmalıdır.
“Mi-6” (Britaniya Xarici İşlər Nazirliyinin Məxfi Kəşfiyyat Xidməti) agenti ən çox spirtli içkini “Mərhəmət kvantı” filmində qəbul edib. Alimlərin hesablamasına görə, onda Agent -007 minimum 24 rumka spirtli içkini qəbul edib ki, bu da nəinki kəşfiyyat tədbirlərini həyata keçirməyə, ümumiyyətlə, normal davranmaq üçün şans saxlamır.
Bu qədər spirtli içkini qəbul etməyin ağıllı izahı tapılıb – Bond o qədər də asan olmayan işin stresindən içib.
Qeyd edilir ki, “Mi-6”-da işləmək Ceyms Bondu yalnız spirtli içki asılılığına deyil, həm də bir sıra psixi pozğunluqlara təhrik edib.