Bədəni stres və ağrıdan qurtarmağın asan yolları

Araşdırmalar göstərir ki, stres insanın zehni və fiziki vəziyyətinə təsir edərək müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Vaxtaşırı hər kəs hər hansı səbəb olmadan özünü yuxulu, yorğun və həddindən artıq emosional hiss edir. Bütün bunların səbəbi çox zaman həddindən artıq stresə məruz qalmaq olur. Stres nəticəsində bədəndə ümumi gərginlik, əzginlik, şiddətli ağrılar meydana gəlir. Stresin yaratdığı fiziki ağrılardan qurtulmağa, həm də stresin yaranmasının qarşısını almağa kömək edəcək bir neçə sadə faydalı metod var. Medpress.az Türkiyə mediasına istinadən həmin metodları təqdim edir:

1.Bel ağrısı üçün ayaq masajı

Beldə olan ağrıları azaltmaq üçün ayaqların və əllərin müəyyən bölgələrini stimullaşdırmaq təcrübəsi var. Bir neçə tədqiqat refleksoterapiyanın stres nəticəsində yaranan bədən ağrısını azaltmağa kömək etdiyini təsdiqləyir. Tədqiqatlar göstərir ki, ayağın spesifik bölgələrinin adi masajı xroniki bel ağrısını aradan qaldırmaq üçün dərmandan, masajdan daha təsirli olur.

2.Üz masajı

Üzdəki gərginlik stresin əlaməti ola bilər. Bu, çənə ağrısı, diş qıcama, dodaqların titrəməsi və ya boyun ağrısı kimi də özünü göstərə bilər. Bununla yanaşı, bir neçə asan masaj üsulu üzünüzü narahatlıqdan qurtarmağa kömək edə bilər. Üzə yağ, krem vuraraq masaj etmək lazımdır.

 

3.Aromaterapiya

Aromaterapiya, insanın fiziki və zehni vəziyyətini yaxşılaşdırmaq üçün təbii aromatlardan istifadə edən bir müalicədir. Aromaterapiyada istifadə olunan yüzə yaxın efir yağı var və hər birinin özünəməxsus xüsusiyyətləri qeyd olunur.

 

4.Saqqız çeynəmək

Stresin yaratdığı narahatlığı aradan qaldırmağa kömək edəcək bir həll yolu da saqqızdır.

 

5.Əl masajı

Bədəndəki gərginliyi aradan qaldırmaq üçün istifadə edə biləcəyiniz bir başqa vasitə də əl masajı sayılır. (e-təbib)

 

(Visited 38 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir