Cəhənnəm və cənnətə bənzədilən meyvəni yeyib öldü

İndoneziyada bir nəfər çox durian  meyvəsi (Durian sözü Malay dilində “duri” (tikan) və “an” əlavəsinin birləşməsindən yaranmışdır. Durio cinsinə aid bir neçə ağac növünün meyvəsidir) yediyi üçün həyatını itirib. Mütəxəssislər yarım kilodan artıq durian yeyilməsinin qan təzyiqinin yüksəlməsinə və ölümə səbəb olduğunu qeyd edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Tangerang bölgəsində yaşayan 53 yaşlı bir nəfər, sürücü olduğu mikroavtobusun içində ölü tapılıb.

 

Rəsmi şəxslər, yüksək təzyiq xəstəsi olan şəxsin yarım kilodan artıq durian meyvəsi yediyini və bu səbəblə damarlarında yaranan yırtılma nəticəsində öldüyünü açıqlayıb.

 

Mütəxəssislər, yarım kilodan artıq durian qəbulunun qan təzyiqinin yüksəlməsinə və ölümə səbəb olduğunu qeyd edib.

 

Cənub-Şərqi Asiya ölkələrində “meyvələrin kralı” adlandırılan durian meyvəsi, bəzi bölgələrdə “cənnət və cəhənnəm meyvəsi” kimi də tanınır.

 

Qabığı tikanlı durian meyvəsi, pis qoxusu səbəbiylə cəhənnəmə, ləzzəti və faydaları ilə də cənnətə bənzədilir.

 

Pis qoxusu səbəbiylə Cənub-Şərqi Asiya ölkələrindən bəziləri, bu meyvənin şərti sahələrə, kütləvi daşınma vasitələrinə və hava limanlarına soxulmasına imkan vermir.

 

Bu meyvəni qapalı şəraitdə qəbul etdikdə və ya saxlandıqda  qoxusunun təsiri 3 günə qədər davam edə bilər.

 

(Visited 153 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir