Beyin inkişafı üçün effektli bitki və ədviyyatlar

Bitki və ədviyyatlar yağ yandırmaqdan, bədən quruluşunu qorumaqdan tutmuş xəstəliklərlə mübarizəyə qədər bir çox məsələdə insan orqanizminin köməkçisidir. Sən demə, bu möcüzəli qidalar beyin sağlamlığı üçün də faydalıdır.

 

Medpress.az yaddaşı gücləndirən, altshaymer xəstəliyinin qarşısını alan faydalı bitki və ədviyyatların siyahısını təqdim edir.

 

Cəfəri və kəklikotu

 

Braziliyada aparılan bir araşdırmada cəfəri və kəklikotunun tərkibindəki flavonoidin neyronlar arasındakı əlaqələri və kök hüceyrələri gücləndirdiyi məlum olub. Qeyd edək ki, bu bitkilərin müsbət təsiri uzun müddət  davam edir. Araşdırmada cəfəri ilə kəklik otunun alzeymer və parkinson xəstəliklərini aradan qaldırdığı da açıqlanıb.

 

Çobanyastığı

 

Streslə mübarizədə ən güclü vasitə çobanyastığı çayıdır. Çobanyastığının beyin üzərindəki möcüzəvi faydasının sirri tərkibindəki komponentlərdir. Bu komponentlər stresin azalmasını təmin edir.

 

Sarıkök

 

Los-Ancelesdəki Cedars-Sinai tibb mərkəzinin alimləri sarıkökün tərkibində olan kurkumin piqmentinin iflic keçirən xəstələrin beyin hüceyrələrinin yenilənməsinə kömək edə biləcəyini müşahidə edib.

 

Heyvanlar üzərində araşdırma aparan Paul Lapçak əldə etdikləri nəticələrdən razı qaldıqlarını açıqlayıb. O, sarıkökdən iflic xəstələri üçün yeni dərman hazırlayacaqlarını deyib. Paul Lapçak bu dərmanın iflicin zərər verdiyi beyin hüceyrələrini bərpa edəcəyini söyləyib.

 

Sarıkökdə olan komponentlər alzeymer xəstələrinin beyinlərindəki valların təmizlənməsinə kömək etdiyi də deyilir.

 

Adaçayı

 

Adaçayının beyin üzərindəki ən böyük faydası yaddaşı inkişaf etdirməsidir. Lakin bu bitkinin istifadəsində diqqətli olmaq lazımdır. Bunun səbəbi isə, adaçayının bəzi insanlar üçün təhlükəli ola bilməsidir. Məsələn, yüksək təzyiq xəstələrində adaçayı istehlakı, təzyiqin daha da yüksəlməsinə yol aça bilər.

 

Siyahıdakı ədviyyat və bitkilərin beyin üçün faydalı olduğu laboratoriyada öz təsdiqini tapsa da, beynin inkişafı üçün sağlam qidalanma da şərtdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir