Çox qocalana qədər yaşamağın sirri açıqlandı – ARAŞDIRMA

Niderlanddan olan alimlər müəyyən ediblər ki, qocalana qədər arıq və hündürboylu qadınlar digərlərindən fərqli olaraq çox yaşayırlar. Bu zaman tədqiqatçılar onu da müəyyənləşdiriblər ki, insanın boyu, bədən kütləsinin indeksi və orqanizmin vəziyyəti ilə birbaşa əlaqə mövcuddur.

 

Medpress.az xarici tibb saytlarına istinadən bildirir ki, araşdırma proqramı çərçivəsində 7,5 min kişi və qadının tibbi məlumatları öyrənilib. Müəyyən edilib ki, fəal həyat tərzi, ev heyvanlarının olması və təmiz havada vaxtaşırı gəzinti insanın sağlamlıq vəziyyətinə birbaşa təsir edir.

 

Tədqiqatçılar onu da müəyyənləşdiriblər ki, çox qocalana qədər kişilərin 16,7 və qadınların 34,4 faizi yaşayırlar. Daha hündürboy və daha qəşəng qadınların qalanlarından fərqli olaraq bu həddə qədər yaşamaq şansı daha çox olur.

 

Kişilərin fiziki fəallığının öyrənilməsi alimlərə imkan verib ki, yaşından asılı olmayaraq fəal idman edən, gündə 90 dəqiqə və daha çox gəzən kişilərin vaxtlarını idman zalında, yaxud 30 dəqiqə açıq havada keçirənlərdən 39 faiz çox 90 ilə qədər yaşadıqlarını müəyyənləşdirsinlər.

 

(Visited 116 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir