Una batırıb qızardılan balıq əlbəttə ki, çox ləzzətli olur, amma ekspertlərin bu xəbərdarlığından sonra durub bir düşünməkdə fayda var.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, həm balıqların tavaya yapışmasının qarşısını almaq, həm də ləzzətli balıqlar hazırlamaq üçün una bulayıb qızardırıq, amma damaq dadını yaxşılaşdırarkən sağlamlığımızı da çox böyük riskə atırıq.
Karbohidrat və şəkərin yüksək temperatura məruz qalması kanserojik maddələri aşkara çıxarır. Karbohidrogenin həddən artıq yüksək temperatura məruz qalması HMF (Heterosiklik Amin Turşusu) adı verilən zərərləri komponentləri ortaya çıxarır. Bu komponentlər hüceyrələrdə xərçəng əmələ gəlməsinə səbəb olur.
Qidalanma tərzinizdən unlu qızartmaları və hətta bütün qızartma növlərini çıxartmaqda fayda var. Eyni zamanda, balıqda olan amin turşularının də həddən artıq istiyə məruz qalması, yenə HMF adı verilən kanserogen maddələri ortaya çıxarır. Bu komponentlər yağda qızardılan məhsullarda özünü göstərir.
Bəs balıqları necə bişirməli? Buğlama ən sağlam üsuldur. Öz buğunda bişirməklə yanaşı, qaynatma üsulunu də seçim edə bilərsiniz. Balığı aşağı temperaturda sobaya qoyun. Yüksək temperaturdan əl çəkin, daha sağlam bir həyat yaşayın.
Unla qızartmadan imtina etməliyəm deyənlər üçün mühüm bir tövsiyə;
Qızartma nəticəsində yaranan zərərli maddələri yox etmək üçün ən təsirli olan qida C vitaminidir. Qızartdıqdan sonra bol limon və ya göyərti yeyin.