Azərbaycanda A/H1N1 var və bu mövsümü qripdir.
Medpress.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, Gürcüstandakı qrip də A/H1N1 virusudur: ” Bu virus növü 10 ildir mövcuddur: “Amma bu, “donuz qripi” yox, adi mövsümi qripdir. Yəni, bu, virus artıq “donuz qripi” də adlandırılmır. “Donuz qripi” donuzdan insana, daha sonra insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı olub. Son pandemiyanı yaradan İnf A(H1N1) olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var. Təlaşlanacaq vəziyyət yoxdur. Dünyada bütün viruslardan nümunələr alınaraq, onların həmişəki virusdan fərqli olub-olmadığını aydınlaşdırılır. Əgər həmişəki viruslardan fərqli olarsa, hərəkətə keçib nə olduğunu öyrənməli və ona qarşı vaksin hazırlanır.
Təhlükəli bir vəziyyət olarsa belə, hər şey ÜST-un nəzarəti altındadır. H1N1 virusundan qorunmaq üçün iki usul var ki, insanlardan biri peyvəndir ki, hamilə qadınlar, 65 yaşlı insanlar, 6 ayından 5 yaşından kiçik uşaqlar, xroniki xəstələr mütləq peyvəndlənməlidir. Çünki onlar risk qrupudur. Qorunmanın digər yolu isə insanlar özlərini qorumalıdır. Xəstə insanlarla təmas olmamalı, tez-tez əllərini yumalı, asqırarkən-öskürərkən əllərə deyil, dəsmala etmək lazımdır. 16 nəfərdə virus olması dəhşətli bir şey deyil. Hazırda olan sadəcə mövsümü qripdir. Ölkədə nə epidemiya, nə də pandemiya var. Mövsüm də artıq bitir. Qorxulu şey yoxdur. İlk dəfə 2009-cu ildə dünyada son pandemiya faktı olub. Son pandemiyanı yaradan İnf A(H1N1) olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və A/H3N2 virusları törədir və indi də mövsümi qrip var”.