Azərbaycanda rəsmi 20 min işsiz var

2019-cu il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub.

 

Medpress.az bildirir ki, bu haqda Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

 

İşsiz statusu verilənlərin 37,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat olub. Bakı şəhəri üzrə 9 243 nəfər işsiz statusu alıb.

 

2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5133,1 min nəfər olub, onlardan 4879,3 min nəfərini məşğul əhali təşkil edib.

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir