Azərbaycanda ildə 25 minə yaxın insan şəkər xəstəliyinə tutulur

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 243 226 nəfər şəkərli diabet xəstəsi var.

 

Medpress.az bildirir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə deyib. Onun sözlərinə görə, 53 401 nəfər insulin, 36 963 nəfər həm insulin, həm də şəkərsalıcı həblər, 152 862 nəfəri isə həblər tələb edən xəstələrdir.

 

“İnsulin tələb edən xəstələrin 1600 nəfərinin 18 yaşa qədər olan uşaqlardır. Qeydiyyatda olan bütün şəkərli diabet xəstələri insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilib, bu xəstəlikdən əziyyət çəkən uşaqlara 90 ədəd insulin pompası verilib”, – direktor vurğulayıb.

 

Yusif İsmizadənin dediyinə görə, şəkərli diabet xəstələrinin qeydiyyatı, dərman preparatları və özünənəzarət vasitələri ilə təminatının səmərəliləşdirilməsi üçün belə xəstələrin vahid registri yaradılıb: “Hər il 20-25 min yeni şəkərli diabet xəstəsi qeydiyyata alınır. Artıq Bakı şəhəri üzrə elektron registr və məlumat bazasının təkmilləşdirilməsi başa çatıb. Hazırda 65 455 şəkərli diabet xəstəsi elektron sağlamlıq kartı ilə təmin edilib. Regionlarda bu iş 2019-cu ilin 6 ayı ərzində yekunlaşacaq”.

 

O, şəkərli diabet xəstəliyinin profilaktikası məqsədi ilə tibb müəssisələrində diabet təlim məktəblərinin yaradıldığını, bu şəbəkənin genişləndirildiyini, bu il daha 12 regionda belə məktəblərin fəaliyyətə başlamasının planlaşdırıldığını xatırladıb.

 

(Visited 45 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir