2018-ci ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib.
Medpress.az bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib: “25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib. Qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun da 77-si öz təsdiqini tapıb. Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. 14 botulizm zəhərlənməsindən 1 nəfər dünyasını dəyişib”.
Qoşqar Təhməzli qeyd edib ki, qida təhlükəsizliyi sahəsində verilmiş icazə sənədlərinin sayı 5586 təşkil edib: “Həmin müddət ərzində idxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib”.
Onun sözlərinə görə, 14 məhsulun satışı dayandırılıb, 7 məhsulun istehsalı qadağan edilib.