Psixotrop dərman satan aptek işçisi tutuldu – ZAQATALADA

Zaqatala rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.

 

Medpress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılovanı polis əməkdaşları saxlayıb.

 

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb.

 

 

(Visited 239 times, 2 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir