Səhər erkən saatlarda sərf etməyiniz lazım olan bəzi qidalar sürətli şəkildə arıqlamağınıza köməkçi ola bilər. Bu qidalar yağ itkisini təmin edərək çəki vermə prosesinə təsirli olur. Bəs kilo verməyinizi təmin edəcək olan qidalar hansılardır?
Medpress.az xarici mətbuata istinadən həmin qidaları təqdim edir.
Yulaf əzməsi
Səhərlər bir miqdar südlə istifadə edəcəyiniz yulaf, sizi gün boyu tox tutacağı kimi, enerji ehtiyacınızı da təmin edəcək.
Qatıq
Səhər erkən saatlarda, az miqdarda yeyilən qatıq, həzm sisteminizi rahatlaşdırır. Ancaq reflyuks kimi mədə və qastrit xəstəliyi olanlara qatıq yemək təklif edilməz.
Kəsmik
İmmunitet sistemini gücləndirən kəsmik, əzələ problemlərinin müalicəsində də olduqca təsirli bir qida qaynağıdır.
Yumurta
Yumurtanı səhər oyanar oyanmaz yesəniz gün boyu sizi tox saxlayacaqdır. Bu şəkildə daha uzun müddət tox qala, kilo verə bilərsiniz.
Qəhvə
Qəhvə tərkibindəki kofein nisbəti səbəbiylə, əsasən qeyri-sağlam gözü ilə baxılan qəhvə, əslində dünyadakı ən yaxşı antioksidant qaynağıdır və yağ yandırmağa köməkçi olar.