Ucar sakini qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.
Medpress.az xəbər verir ki, Ucar rayonu, Lək kənd sakini, 35 yaşlı Aynur Abbasova bir neçə gün əvvəl doğuş üçün Ucar rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadının vəziyyəti ağır olduğundan o təcilli Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Aynur Abbasovanın üzərində qeysəriyyə əməliyyatı aparılarkən körpənin ana bətnində öldüyü məlum olub.
Əməliyyatdan bir neçə gün sonra Aynur Abbasova da xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, Aynur Abbasova ailə həyatı qurandan 6 il sonra hamilə qalıbmış.(ona.az)