Uşaq ölümlərinin səbəbləri sırasında sinir xəstəlikləri ilk yerdədir. Həmin problemlərin kökündə həm bətndaxili, həm də doğuşdan sonra baş verən travmalar və bir çox somatik xəstəliklər dayanır. Ailədaxili münaqişələr, valideyn-uşaq münasibətlərində düzgün olmayan stereotiplər də uşaqlarda sinir pozuntularına səbəb olur. Uşaqların qidalanması da sinir sisteminə təsir göstərən amillərdəndir.
Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan verilən məlumata görə, dekabrın 20-də institutun akt zalında “Uşaq yaşlarında sinir sisteminin xəstəlikləri” mövzusunda keçiriləcək elmi-praktik konfrans bu məsələlərə həsr olunacaq.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutlarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda pediatr, neonatoloq, nevropatoloq və psixiatrlar iştirak edəcəklər.