Valideynlər həmişə elə fikirləşiblər ki, Ameliya Dayer çox mehriban və qayğıkeş dayədir, ona görə də onlar öz uşaqlarını heç nədən şübhələnmədən ona etibar ediblər…
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, tibb bacısı nikahdankənar hamilə qalan qadınlar və körpələri üçün xüsusi sığınacaq açıb və ailələrə götürülənə qədər uşaqlara baxıb. Yalnız 30 il sonra şok həqiqət ortaya çıxıb – qadın bir neçə yüz yeni doğulan körpəni amansızlıqla öldürüb.
Müəyyən edilib ki, uşaqlar, əslində aclıqdan ölüblər. Bəzilərini isə Ameliya özü boğub, yaxud bədənlərinə narkotik yeridib.
A.Dayer bütün İngiltərəni dolaşaraq heç kimin qayğısına qalmadığı yeni doğulan körpələri götürüb. 1869-cu ildə isə o, uşaq övladlığa götürməyə hazır olduğu haqda elan yerləşdirib. Bu zaman ərdə olduğu və şəhər kənarındakı evdə yaşadığı haqda yalan da danışıb.
Ameliyanın sığınacağı “bebi-ferma” adı ilə tanınıb. Bəzi valideynlər öz uşaqlarını tibb bacısına qəyyumluğa veriblər ki, bu müddətdə maliyyə vəziyyətlərini sabitləşdirsinlər. Əgər onların uşaqları ölürdüsə, Ameliya əvəzində başqasını verirdi.
Kiçik qurbanlar “ananın dostu” adlı yüksək dozada və tərkibində opium olan narkotik qəbulundan ölüblər. Hesablamalara görə, Ameliya ən azı 300-dən çox uşağı öldürüb, ancaq dəqiq say indiyədək məlum deyil. Polislər uzun müddət tibb bacısına diqqət verməyiblər, halbuki o zaman bütün ölkədə uşaq ölümünün göstəricisi yüksək olub. Ameliyadan ilk dəfə şübhələnən ölüm haqqında rəy yazan həkim olub.
Ancaq tibb bacısı uşaqlara lazımi səviyyədə baxmamaqda təqsirkar bilinərək cəmisi 6 ay azadlıqdan məhrum edilib. Qadın azadlığa çıxanda yenə həmin qaydada işləməyi və öldürməyi davam etdirib. Bu dəfə tibb bacısı körpələrin ölümü ilə bağlı həkimlərə məlumat verməyib, sadəcə onların meyitlərini çaya atıb. Bəzi valideynlər isə özləri uşaqlarının öldürülməsini xahiş ediblər, çünki onlar nikahdan kənar doğulublar.
Ameliya yenidən polisin əlinə düşməmək üçün tez-tez yerini və adını dəyişib. Ancaq nəticədə qadın öz ehtiyatsızlığından ələ keçib. Meyitlərdən biri onun adı və ünvanı olan kağıza bükülü tapılıb. Onda polis qadının evinə gəlib, topa ilə uşaq qundağı və çürüyən meyitlərin dəhşətli qoxusu ilə üzləşib.
1896-cı il iyunun 10-da Ameliyanı asıblar.